Ronaldonun həmyerlisi Premyer Liqanın debütantının sükanı arxasına keçərsə…

29 May 17:40 İspaniya 1 626
Ronaldonun həmyerlisi Premyer Liqanın debütantının sükanı arxasına keçərsə…

«İmişli»nin baş məşqçi dəyişikliyinə hazırlaşmasından xəbərdarsız.

Premyer Liqaya vəsiqə qazanan aran təmsilçisi Fərid Namazovla yola davam etmək istəmir.

I Liqanın gümüş medalçısı xaricə üz tutub.Kristiano Souz a bu niyyətlə Azərbaycana dəvət olunub.

Tam adı Kristiano Alberto Duraes de Souza olan portuqaliyalı komandanı iş başında görüb. «İmişli» I Liqanın 27-ci tur çərçivəsində Şamaxıda «Difai»nin önünə çıxıb və səfərdə 3:1 hesablı qələbə qazanıb.

K.Souzanın ilkin təəssüratı artıq məlumdur. Kriştanu Ronaldonun həmyerlisi təyinatı rəsmiləşərsə, ciddi islahatlar aparacağını bildirib.

Onun fikrincə, hazırda düşərgədə yer alanların 80 faizi Premyer Liqada çıxış etmək səviyyəsində deyil. Yalnız 3-4 nəfəri bəyənib.

Portuqaliyalı bu qənaətdədir ki, ən azı 10-12 legioner alınmasa, «İmişli»ni elitada saxlamaq qeyri-mümkündür.

O. bura tək gəlməyib. Jorge Kasquila da onunla bərabərp olub. Sözügedən şəxs onun əsas köməkçisi sayılır.

Kristiano Souza 43 yaşındadır. Son olaraq Çexiyada çalışıb. Üçüncü liqada mübarizə aparan «Znojmo»da işləyib.

Məşqçi həyatına 2013-cü ildə başlayan mütəxəssis bu işə «Moreyrense»də «bismillah» eləyib.

Daha sonra «Leyxos Leyra», «Akadémiko Viseu», «Uniao Madeyra», «Jil Visente», «KCova Pyedade» və «Trofense»də gün keçirib.

Maraqlıdır ki, tez-tez klub dəyişməsinə rəğmən, o, yalnız «B» kateqoriyasına malikdir.

Bu da qəribədir ki, Souzadan fərqli, yardımçısı Jorge Kasquila cibində «Pro» lisenziyası gəzdirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti