“Barselona” kimi klubdan təklif gəlirsə, “yox” demək olmur”

24 İyul 18:20 İspaniya 238
“Barselona” kimi klubdan təklif gəlirsə, “yox” demək olmur”

“Barselona” yeni transferi Memfis Depayı təqdim edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı hücumçu təqdimat mərasimində Kataloniya təmsilçisinə keçidi ilə bağlı fikirlərini bildirib:

“Xəyallarım reallaşdı. Kluba və hər kəsə təşəkkür edirəm. Baş məşqçi Ronald Kumanla yaxşı münasibətlərim var, onunla birgə Niderland yığmasında işləmişik.

O, məni mərkəz hücumçusu kimi oynadırdı və belə özümü çox rahat hiss edirdim. Bu kluba keçməyimdə onun da rolu oldu. “Barselona” kimi klubdan təklif gəlirsə, “yox” demək olmur”.

“Barselona” Depayla 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti