“Barselona”da qadağalar – Telefon işlətmək, saç rəngləmək olmaz

22 İyul 2021 15:40 İspaniya 524
“Barselona”da qadağalar – Telefon işlətmək, saç rəngləmək olmaz

“Barselona” rəhbərliyi gənc futbolçulara yeni qaydalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, yeni qaydalarda bəzi qadağalar da nəzərdə tutulub.

Bundan sonra gənc futbolçular məşq zamanı telefondan istifadə edə bilməyəcəklər. Onlara paltardəyişmə otağında da telefondan istifadə qadağan olunub.

Futbolçular bazaya daxil olarkən telefonları təhvil verməli olacaqlar. Gənclər qeyri-adi saç düzümündən də yararlana bilməyəcəklər. Bu da son deyil. Onlara saçlarını rəngləmək də qadağan edilib.

Rəhbərlik bu qaydalarla nizam-intizam formalaşdırmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti