Yeni mövsümdə elitada mübarizə aparacaq üçüncü klub

22 İyun 2021 00:14 İspaniya 573
Yeni mövsümdə elitada mübarizə aparacaq üçüncü klub

Yeni mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq sonuncu – üçüncü klub da bəlli olub.

Sportinfo.az xəbər verir ki, Sequndanın pley-off mərhələsinin qalibi “Rayo Valyekano” olub.

“Rayo Valyekano” ilk oyunda “Jirona”ya 1:2 hesabıyla uduzsa da, cavab matçında rəqibini 2:0 hesabıyla məğlub edərək, La Liqaya vəsiqə qazanıb.

Bundan əvvəl “Malyorka” və “Espanyol” elitaya vəsiqə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!