Son arzusu ürəyində qaldı, transfer baş tutmadı - “Barsa”nın

11 Yanvar 2025 00:20 İspaniya 2 764
Son arzusu ürəyində qaldı, transfer baş tutmadı - “Barsa”nın

“Tottenhem”in hücumçusu Son Hın Min “Barselona”nın maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu cənubi koreyalı futbolçunu yayda pulsuz əldə etməyi düşünürdü.

“Barselona” “Tottenhem”in forvardını hücumu gücləndirmək üçün əla variant hesab edirdi, ancaq bu keçid artıq baş tutmayacaq. Çünki o, bu yaxınlarda klubu ilə müqaviləsini daha bir il müddətinə uzadıb.

32 yaşlı futbolçu bu mövsüm “Tottenhem”lə 24 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!