“Əminəm ki, Messi “Barselona”da qalmaq istəyir” – Laporta

19 Aprel 2021 21:40 İspaniya 663
“Əminəm ki, Messi “Barselona”da qalmaq istəyir” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan 58 yaşlı funksioner, Lionel Messinin komandada qalmaq istədiyini deyib:

“Leo dünyanın ən yaxşı futbolçusudur. O, bu kluba bağılıdır. Əminəm ki, Messi “Barselona”da qalmaq istəyir və onu burda saxlamaq üçün əlimizdən gələni edəcəyik”.

“Barselona” İspaniya kubokunun finalında “Atletik”i 4:0 hesabıyla məğlub edib. Messi bu matçda iki qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti