Dünyanın ən məşhur klubunun yeni prezidenti müəyyənləşdi

8 Mart 2021 18:20 İspaniya 573
Dünyanın ən məşhur klubunun yeni prezidenti müəyyənləşdi

"Barselona"nın yeni prezidenti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Joan Laporta ötən gün keçirilən seçkilərdə qələbə qazanıb.

O, 54,28 faiz səs toplayıb. Digər namizədlərdən Viktor Font 29.99, Toni Freyşa isə 8.58faiz səs yığıb.

Beləliklə, Laporta 2026-cı ilə qədər Kataloniya klubuna rəhbərlik edəcək. O, 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub.

Klubun son prezidenti Xosep Maria Bartomeu olub.

Digər Xəbərlər
Xəbər Lenti