“Real” ingilis üçün 85 milyon avro ödəməyə hazırdır

2 Mart 2021 10:00 İspaniya 392
“Real” ingilis üçün 85 milyon avro ödəməyə hazırdır

"Real” “Borussiya”nın (Dortmund) futbolçusu Ceydon Sanço ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi yayda ingilis yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.

“Real”ın Sanço üçün “Borussiya”ya 85 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Sanço bu mövsüm “Borussiya” ilə 30 oyunda 11 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 100 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti