"Məni qucaqladı, təsəlli verdi və bir neçə dəfə ağlamamağımı xahiş etdi"

20 İyul 19:00 Dünya çempionatı 1 206
"Məni qucaqladı, təsəlli verdi və bir neçə dəfə ağlamamağımı xahiş etdi"

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın finalından sonra İspaniya yığmasının vingeri Lamin Yamalın ona nə dediyini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu, Yamalın ona böyük dəstək göstərdiyini bildirib:

“Yamal mənə nə dedi? Məni qucaqladı, təsəlli verdi və bir neçə dəfə ağlamamağımı xahiş etdi. O, çox mehriban insandır”.

Argentina millisi DÇ-2026-nın finalında İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.

Messi mundialda keçirdiyi 8 oyunda eyni sayda qol vurub və 4 məhsuldar ötürmə verib. Final qarşılaşması isə onun turnirdə qolsuz və məhsuldar ötürməsiz başa vurduğu yeganə oyun olub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!