Azərbaycanlı hücumçunu “Bayatı-Şiraz”la icarəyə götürdülər - VİDEO

19 İyul 23:20 Bizimkilər 606
Azərbaycanlı hücumçunu “Bayatı-Şiraz”la icarəyə götürdülər - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Rakuv” rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Rəsmi tanıtım videosunda diqqətçəkən məqam isə azərbaycanlı xanəndə Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamına qulaq asmasıdır.

Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!