"Bunlar ən yaxşı iki komandadır" - FİFA prezidenti

19 İyul 13:10 Dünya çempionatı 153
"Bunlar ən yaxşı iki komandadır" - FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino qarşıdan gələn dünya çempionatının finalını şərh edərək, onu futbol tanrılarının bir lütfü adlandırıb.

Sportinfo.az xəbər verir ki, bu haqda “Marca” məlumat yayıb.

“Bu final futbol tanrılarının bir lütfüdür. Messi, Lamin Yamal və bir çox digər görkəmli oyunçular orada olacaqlar.

Bu, inanılmazdır. Bunlar ən yaxşı iki komandadır. Onlar bu finaldakı yerlərini öz əməkləri ilə qazanıblar və fövqəladə oyun nümayiş etdiriblər”, - deyə İnfantino bildirib.

İspaniya və Argentina arasında keçiriləcək Dünya Çempionatının finalı 19 iyul tarixində ABŞ-nin İst-Raterford şəhərindəki “MetLife” stadionunda baş tutacaq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 20:00 Çək və bizə göndər!
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası