“Fənərbaxça” da var - “Qarabağ”ın 6 potensial rəqibi arasında

20 İyul 13:40 Qarabağ 369
“Fənərbaxça” da var - “Qarabağ”ın 6 potensial rəqibi arasında

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin bugünkü püşkatması ərəfəsində UEFA komandaları qruplara bölüb.

Sportinfo.az xəbər verir ki, bununla da Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq “Qarabağ”ın mümkün rəqiblərinin sayı azalıb.

Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə aşağıdakı komandalardan biri ilə üz-üzə gələ bilər:

“Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) duelinin məğlubu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) qarşılaşmasının məğlubu.

Çempionlar Liqasının 2-ci KuPS (Finlandiya) - “Sabah” (Azərbaycan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri bəlli olub.

Cütün məğlubu aşağıdakı cütlərin məğlublarından biri ilə qarşılaşa bilər:

“Omoniya” (Kipr) – “Kayrat” (Qazaxıstan);

“Larn” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya)

“Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya).

Püşkatma mərasimi saat 15:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!