“Zirə”nin rəqibi xahiş etdi: “Azı 3 qol vurmalıyıq”

18:00 Zirə 158
“Zirə”nin rəqibi xahiş etdi: “Azı 3 qol vurmalıyıq”

Konfrans Liqasında mübarizə aparan “Zirə” mövsümə uğurlu başladı.

1-ci mərhələnin ilk qarşılaşmasında Sumqayıtda Kutaisi “Torpedo”sunu qəbul edən “qartallar” rəqibə göz açmağa imkan vermədi.

Təmsilçimizin üstünlüyü şəraitində keçən qarşılaşma 3:0 hesabı ilə xeyrimizə başa çatsa da, fərq daha böyük ola bilərdi.

“Torpedo”nun qapıçısı Oto Qoşadze sərgilədiyi möhtəşəm performansla komandasını biabırçı məğlubiyyətdən xilas etməyi bacardı.

Etdiyi qurtarışlarla sosial şəbəkələrdə gürcü azarkeşlərin qəhrəmanına çevrilən 28 yaşlı qapıçı qarşılaşmadan əvvəl fanatlara səslənərək onlardan xahiş edib:

“Növbəti mərhələyə az da olsa adlamaq şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.

Azarkeşlərin sağlam tənqidi hər zaman anlaşılan və qəbul olunandır. Səfərdə göstərdiyimiz oyunun qarşılığında azarkeşlərin mühakimə, irad və narazılığını başa düşürük.

Yaxşı mənada nəyəsə ümid ediriksə, cavab qarşılaşmasında azı 3 qol vurmalıyıq. Bunu azarkeşlərsiz etmək çox çətin olacaq.

Ona görə də onlardan stadiona gəlib dəstək verməyi xahiş edirəm. Birlikdə çox şeylərə nail ola bilərik.

Əlimizdən gələn hər şeyi edəcəyik ki, azarkeşlərimizin arzusu həyata keçsin”.

Bu gün Ramaz Şengeliya adına stadionda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti