ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatının qalibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın final oyununda İspaniya və Argentina milliləri üz-üzə gəliblər.
Əsas vaxtı 0:0 hesabı ilə bitən matçda İspaniya yığması əlavə vaxtın 106-cı dəqiqəsində vurduğu yeganə qolla dünya kubokunun sahibi olub.
Bu İspaniya yığmasının tarixində 2-ci dünya çempionluğudur.
İspaniya – Argentina 1:0
Qol: Fernan Torres, 106
Qırmızı vərəqə: Enzo Fernandez, 90+3

