"Sabah"ın almaniyalı hücumçusu Coy-Lens Mikels Sportinfo.az-a müsahibə verib.
- İlk dəfə çıxış etdiyiniz Çempionlar Liqasına möhtəşəm start verdiz. TNS-i hər iki matçda məğlub etdiz. Indi nələr deyə bilərsən?
- ÇL-də çıxış etmək çox xoşdur. Bu turnirə uğurlu start vermək ikiqat sevindiricidir. Şadam ki, ilk cəhddən iki qələbə ilə mərhələ adlamağı bacardıq. Lakin indi TNS ilə oyunları unudub, növbəti matçlarımıza köklənməliyik.
- Hər iki oyunda qələbə qazandınız. Rəqib daha münasib idi, yoxsa "Sabah" daha güclü?
- ÇL-də asan rəqib olmur. Hər bir komanda öz ölkəsinin çempionudur. Fikrimcə komanda olaraq yaxşı mübarizə apardıq və layiqli qələbə qazandıq.
- İlk qolunu TNS səfərində vurdun. Növbəti matçlarda daha məhsuldar Mikels görə bilərikmi?
- Əlbəttə ÇL-də ilk qolu vurmaq xüsusi bir hissdir. Amma əsas olan komandamızın mərhələ adlamasıdır. Mən hər zaman komandamın qələbəsi üçün əlimdən gələni edirəm. İnanıram ki qarşıdakı oyunlarda da qələbələrimizə istər qollarla istərsə də oyunumla töhfə verəcəm.
- Əla futbol oynayırsız. Azarkeşlərin gözləntisi çoxdur. Bu sizi daha da ruhlandırır, yoxsa müəyyən qədər üzərinizdə təzyiq yaradır?
- Azarkeşlərin dəstəyi bizi hər zaman ruhlandırır.
XANOĞLAN İMANOV

