İlkin Fikrətoğlu: Rəşad Sadıqov bu şansı əldən qaçırmaz - VİDEO

19 İyul 21:40 Zirə 675
İlkin Fikrətoğlu: Rəşad Sadıqov bu şansı əldən qaçırmaz - VİDEO

İlkin mərhələdə ən çox ehtiyat etdiyimiz rıqib “Zirə”yə düşmüşdü.

Gəl ki. Rəşad Sadıqovun komandası “Torpedo Kutaisi”yə hər iki oyunda 3 cavabsız qol vuraraq, gürcülərə dəsr verdi.

Gürcülərlə yanaşı, Azərbaycanda da “Zirə”nin bu iki parlaq qələbəsinə dilxor və məyus olanlar oldu.

Bəli, təəccüblənməyin. Sosial şəbəkələrdə vardı belələri:

“Turan Tovuz”un Avropaya yolunu “Zirə” kəsib, ona görə biz “Torpedo”ya azarkeşlik edəcəyik” yazırdılar.

Bu da sizə “Torpedo”!, başınız sağ olsun! Daha keçib, növbəti mərhələdə də Estoniya klubuna azarkeşlik edərsiz.

“Zirə”nin bu mərhələdə bəxti gətirib. “Payde” Baltikyanı derbidə Litva klubunu keçərək, “Zirə”yə rəib olub.

“Zirə”nin ikinci mərhələni də adlamaq ehtimalı çox böyükdür. Hətta digər 3 klubumuzla müqayisədə hamıdan çox.

Hazırda davam edən Estoniya liqasında “Payde” liderdən 14 xal geri qlamaqla, dördüncü sırada gedir.

Heyət baxımlndan da bu komanda ilə “Zirə” müqayisəyə glməz. Əminəm ki, Rəşad Sadıqov və futbolçuları belə şansı qaçırmayacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası