Çempionatın yeni iştirakçısı bu 3 futbolçunu da yola saldı

02:00 I Divizion 272
Çempionatın yeni iştirakçısı bu 3 futbolçunu da yola saldı

Birinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” nin heyətində üç ayrılıq baş verib.

Sportinfo.az xəbər verir ki, Qarabağ təmsilçisi Emin Quliyev, Qurban Məhərrəmov və Nihad Ağayevlə yollarını ayırıb.

Klub futbolçulara komandada göstərdikləri xidmətə görə təşəkkür edib və onların gələcək karyeralarında uğurlar arzulayıb.

Ayrılıqların səbəbi və oyunçuların yeni klubları barədə məlumat verilməyib.

Qurban Məhərrəmov “Xankəndi”yə 2026-cı ilin yanvarında qoşulmuşdu. “Qarabağ”ın əvəzedici komandasında çıxış etmiş qapıçının əvvəlki klubu “Şəki” olub.

Emin Quliyev isə ötən mövsüm komandanın hücum xəttində çıxış edib. Futbolçu İkinci Liqanın 19-cu turunda “Göygöl” üzərində qazanılan 5:0 hesablı qələbədə iki qol vurub.

“Xankəndi” 2025/2026 mövsümündə İkinci Liqanın çempionu olub və Birinci Liqada iştirak hüququ qazanıb. Komanda mövsümü 76 xalla birinci pillədə tamamlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?