"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov dedi

00:30 Zirə 162
"Torpedo" ilə qarşılaşmaq istəmirdik" - Rəşad Sadıqov dedi

"İlk dəqiqələrdən rəqibin fərqli taktika ilə oynaması bizə biraz çətinlik yaşatdı, lakin futbolçularım yaxşı reaksiya göstərdilər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Torpedo"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

Mütəxəssisin komandası ümumilikdə 6:0 hesablı üstünlüklə 2-ci mərhələyə adlayıb. O, komandasının uğurunu belə şərh edib:

"İlk hissədə vacib 2 qol vurduq. Klub rəhbərliyini və azarkeşləri qələbə münaibətilə təbrik edirəm.

Püşkdən əvvəl "Torpedo" ilə qarşılaşmaq istəmirdik. Tarixi ənənələri var və Gürcüstan çempionatında yaxşı çıxış edirlər.

Avrokubok təcrübələri də mövcüd idi. Hər şey bizim üçün uğurlu alındı və mərhələ adlaya bildik".

"Zirə" 2-ci təsnifat mərhələsində "Payde" (Estoniya) ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!