Roman “Zirə”nin arxasınca Estoniyaya göndərilir

17:20 Zirə 132
Roman “Zirə”nin arxasınca Estoniyaya göndərilir

Konfrans Liqası 2-ci təsnifat mərhələsində keçiriləcək "Payde" (Estoniya) - "Zirə" ilk oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Referi Roman Jitari olacaq.

Ona yan xətlərdə Viktor Mardari və Andrey Bodean köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək.

"Payde" - "Zirə" qarşılaşması iyulun 23-də Estoniyada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti