Joel Montielin “Qarabağ“ın əsas komandasından uzaqlaşdırılmasının konkret səbəbi üzə çıxıb.
2025-ci il avqust ayından burada çıxış edən ispaniyalı yarımmüdafiəçi Qurban Qurbanova cavab qaytarıb.
Belə ki, baş məşqçi “Vestri“ ilə ilk qarşılaşmadan öncə keçirilən hazırlıq prosesində ona irad bildirib.
Verdiyi tapşırıqları istədiyi səviyyədə həyata keçirməyən 27 yaşlı legionerin hərəkətləri təcrübəli mütəxəssisi haqlı olaraq narazı salıb.
Prineyli orta sahə oyunçusu haqlı iradı qəbul etmək əvəzinə, Qurbanova sifət edib və heç də xoş olmayan reaksiya göstərib.
Daim nizam-intizama xüsusi vikir verən çalışdırıcı bu hadisənin üstündən Montieli hazırlıq prosesindən kənarlaşdırıb və Avropa Liqasının birinci təsnifat mərhələsi üçün adını iştirak ərizəsindən çıxarıb.
Bura “Rayo Valekano“dan gəlmiş əcnəbinin müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Klub onun müqavilə müddətini 2 illik artırmaq haqqına sahibdir.
SPORTİNFO.AZ

