“Zirə” səfərdə “Torpedo”nu məğlub edir - CANLI YAYIM

20:39 Zirə 243
“Zirə” səfərdə “Torpedo”nu məğlub edir - CANLI YAYIM

“Zirə” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1-ci təsnifat mərhələsinin cavab oyununda Gürcüstanda “Torpedo”nun qonağı olacaq.

Qarşılaşma Kutaisidəki “Şengeliya Arena”da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi macarıstanlı FİFA referisi Mihali Kapray olacaq.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann” (Litva) – “Payde” (Estoniya) duelinin güclüsü ilə görüşəcək.

Sumqayıtdakı ilk oyunda “Zirə” rəqibini üç cavabsız qolla məğlub edib.

20:00. "Torpedo" (Gürcüstan) - "Zirə" (Azərbaycan) 0:2

Qollar: Eren Aydın, 25, Amin Seydiyev, 39

Baş hakim: Mihali Kapray

İlk oyun - 0:3

“Torpedo”: 1. Qoşadze, 15. Kuprava, 24. Latsabidze, 4. Şimiç, 33. Stamatov, 20. Skorup, 7. Mamuçaşvili(k), 22. Bukia, 11. Arabidze, 9. Andriç, 14. Felipe Pires

Ehtiyat oyunçular skamyası: 31. Klyayiç, 38. Kopaliani, 5. Nadaraya, 6. Şerif, 8. Itrak, 29. Çitaişvili, 30. Antia, 35. Deysadze, 36. Pridonishvili, 39. Pinson

Baş məşqçi: Dirk Şuster

“Zirə”: 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anj Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev(k), 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 11. Junior Martinş, 9. Davit Volkov

Ehtiyat oyunçular skamyası: 72. Hüseynəlu Quliyev,, 99. Səlim Həşimov, 6. Hacıağa Hacıyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Krismael, 57. Yusif Hacıyev, 70. Namik Ələsgərov, 77. Yeqor Boqomolski

Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti