Azərbaycan millisinin hücumçusu Mahir Emreli 2026 /2027 mövsümün icarə əsasında “Rakov”da keçirəcək.
Sportinfo.az xəbər verir ki, artıq Polşa klubu bu keçidi rəsmən açıqlayıb.
Millimizin aparıcı futbolçusu “Rakov”la yanaşı daha bir neçə klubun transfer siyahısında olub və hətta onu heyətinə qatmaq istəyənlər daha iddialı görünsə də, sonda Emreli seçimini “Rakov”dan yana edib.
Sportal.az-a verilən məlumata görə, Emreli APOEL, “Krılya Sovetov” və “Kayserispor”dan gələn təklifləri geri çevirib.
Sonda da “Rakov” variantı üzərində dayanaraq, Polşaya yollanıb.
Mövsümün sonunda polyaklar onu “Kayzerslautern”dən transfer etmək hüququna malikdir.

