FIFA DÇ-2026-dan nə qədər pul qazandı? - ŞOK HESABAT!

FIFA DÇ-2026-dan nə qədər pul qazandı? - ŞOK HESABAT!

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,5 milyard AZN) gəlir əldə etdiyini bəyan edib.

Bu, əvvəlcədən proqnozlaşdırılan 11 milyard dollardan xeyli çoxdur.

Bildirilib ki, gəlirin artmasına əsas səbəb VIP paketləri və biletlərin, xüsusilə də ikinci satış bazarında yüksək qiymətə satılması olub.

FIFA bu satışlardan həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır.

İspaniya-Argentina finalı üçün satışda qalan VIP biletlərin qiyməti bir nəfər üçün 34 min 500 dollar (58 min 600 AZN) təşkil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?