Ölkəmizə gəlməmişdən əvvəl 3 xalı bu cür qazandılar - VİDEO

20 İyul 07:20 Hadisə 279
Ölkəmizə gəlməmişdən əvvəl 3 xalı bu cür qazandılar - VİDEO

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan KuPS Finlandiya çempionatında 16-cı turun matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, "bayquşlar"ın rəqibi SJK klubunun qonağı olub.

KuPS bu oyunda rəqibinə 2:0 qalib gəlib. KuPS 33 xalla turnir cədvəlinə liderlik edir.

"Sabah" - KuPS görüşü iyulun 21-də Bank Respublika Arenada keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Cavab oyunu isə bir həftədən sonra Finlandiyada baş tutacaq.

SJK - KuPS 0:2
Qollar
:Moreno 24, Lutumba 32

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!