“ZİRƏ”:3:0 bizlikdir - Qonşu ölkədən qələbə VİDEOREPORTAJı

17 İyul 02:00 Zirə 561
“ZİRƏ”:3:0 bizlikdir - Qonşu ölkədən qələbə VİDEOREPORTAJı

"Zirə" Konfrans Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda "Torpedo"nun (Gürcüstan) qonağı olub.

Kutaisidəki "Şengeliya Arena"da keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.

25 və 70-ci dəqiqələrdə Eren Aydın, 39-cu dəqiqədə Amin Seydiyev fərqlənib.

Sumqayıtdakı ilk matçda rəqibini üç cavabsız qolla üstələyən "Zirə" II təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Qartallar" bu raundda Estoniyanın "Payde" klubu ilə üz-üzə gələcək. II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti