Rəşad Sadlqov: “Təhlil etdik, heç birində belə oynamırdılar”

07:30 Zirə 145
Rəşad Sadlqov: “Təhlil etdik, heç birində belə oynamırdılar”

“Püşkdən əvvəl “Torpedo” ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri və tarixi ənənələri var”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstan “Torpedo”suna qarşı keçirdikləri cavab oyunundan sonra deyib.

Mütəxəssis rəqibin Gürcüstan çempionatında yaxşı çıxış etdiyini və avrokubok təcrübəsinə malik olduğunu bildirib:

“Onların tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələni adladıq”.

Rəşad Sadıqov 3:0 hesabı ilə qalib gəldikləri cavab matçını da dəyərləndirib:

“Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçlarını təhlil etmişdik, heç birində belə oynamırdılar.

İlk dəqiqələrdə bu sistemə qarşı oynamaqda bir qədər çətinlik çəkdik. Amma futbolçular yaxşı reaksiya verdilər və rəqibin təhlükəli hücumlarının qarşısını aldılar”.

Baş məşqçi komandasının görüşün gedişində üstünlüyü ələ aldığını vurğulayıb:

“Dəqiqələr ötdükcə oyunu bərabərləşdirdik, daha sonra üstünlüyü ələ aldıq. İlk hissədə iki vacib qol vurduq. Futbolçuları, klub rəhbərliyini və azarkeşləri təbrik edirəm”.

“Zirə” ilk görüşdə də “Torpedo”nu 3:0 hesabı ilə məğlub edib və ümumi hesabda 6:0 üstün olaraq II təsnifat mərhələsinə yüksəlib. Bakı klubu növbəti mərhələdə Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!