“Neftçi”, “Qarabağ” və “Zirə”dən ötrü daha bir püşk - Görün, nə rəqiblər var!

20 İyul 16:40 Gündəm 1 212
“Neftçi”, “Qarabağ” və “Zirə”dən ötrü daha bir püşk - Görün, nə rəqiblər var!

Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Sporttinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, ikinci təsnifat mərhələsində Belarusdan “Dinamo” (Minsk) ilə qarşılaşacaq “Neftçi” mərhələ adlayacağı halda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Zirə" isə Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdıracağı halda, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə görüşəcək.

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - SSKA (Bolqarıstan) cütünün məğlubu isə KL-də "Dinamo" (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!