“Qarabağ”dan aldıqları hücumçu yenə xilaskar oldu - VİDEO

20 İyul 02:20 Hadisə 629
“Qarabağ”dan aldıqları hücumçu yenə xilaskar oldu - VİDEO

Xəbər verdiyimiz kimi, “Seltik” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Qlazqo təmsilçisi doğma meydanda İngiltərədən “Midlsbro” ilə 1:1 hesablı heç-heçə edib.

Qonaqlar 25-ci dəqiqədə David Streletsin qolu ilə hesabı açıblar. “Seltik” isə cəmi beş dəqiqə sonra bərabərliyi təmin edib.

"Qarabağ"dan "Seltik"ə keçən kolumbiyalı hücumçu Kamilo Duran Ceyms Forrestin ötürməsini qola çevirərək komandasını məğlubiyyətdən xilas edib.

Bu, Duranın ardıcıl ikinci oyunda vurduğu ikinci qol olub.

Kamilo Duran 2025-ci ilin yayından ötən ayadək "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!