Niyə onu daha “Qarabağ”da görmürük, olmaya… AÇIQLAMA

00:40 Qarabağ 1 573
Niyə onu daha “Qarabağ”da görmürük, olmaya… AÇIQLAMA

2024/25-ci il mövsümündə 15 yaşında "Qarabağ"da debüt edən Amin Rzayevdən o vaxtdan xəbər yoxdur.

2009-cu il təvəllüdlü cinah müdafiəçisi gözdən itib.

Bunun səbəbini öyrənmək üçün "Qarabağ" Futbol Akademiyasının idarəçisi Nail Kərimovla əlaqə saxladıq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən funksioner bunları deyib:

"Amin Rzayevin müəyyən vaxtlarda zədəsi olub. Amma ötən mövsümün gedişində "Qarabağ"ın U-19 və əvəzedici heyətində, həmçinin U-17 və U-19 yığmalarında xeyli sayda oyuna çıxıb.

Elə "Qarabağ"ın əsas komandasında da məşqlərə çıxdığı vaxtlar olub. Zədəli olduğu üçün mövsümün sonunu boşa verib.

Hələ də bərpa prosesi keçir. Zədəsini tam sağaldan sonra yəqin ki, yenə əsas komandaya cəlb olunacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?