Avropada mərhələ keçməyin mükafatı nə qədərdir? - Bu klubda

16 İyul 17:40 Zirə 906
Avropada mərhələ keçməyin mükafatı nə qədərdir? - Bu klubda

"Zirə" bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Rəşad Sadıqovun komandası Gürcüstanda "Torpedo" ilə üz-üzə gələcək.

Kutaisidəki "Şengeliya Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu komandalar arasında ilk oyunda "Zirə" 3 cavabsız qolla qələbə qazanıb.

"Qartallar" birinci etapı adlayarsa, böyük miqdarda pul əldə edəcək. Turu keçməyin mükafatı olaraq hər futbolçuya 10 min manatın üstündə vəsait ödəniləcək.

Cütün qalibi növbəti mərhələdə "Hegelmann" (Litva) – "Payde" (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!