Quluzadə Avropa üçüncüsü oldu - Avropa birinciliyində

20 İyul 07:10 Tennis 156
Quluzadə Avropa üçüncüsü oldu - Avropa birinciliyində

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə imza atıb.

Sportinfo.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur yarımfinal mərhələsinə yüksəlməklə bürunc mükafata layiq görulüb.

İstedadlı idmançı bununla, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Onur Quluzadə - Görkəm Öcal dueti bu gün keçirilən yarımfinal görüşündə Luis Fegerl və Ladimir Mayorovdan ibarət Avstriya-İspaniya tandeminə 2:3 hesabı ilə uduzaraq Avropa birinciliyində mübarizəni bürünc medalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!