Portuqaliyalını “Qarabağ” da istəyir, “Turan Tovuz” da

20 İyul 11:20 Qarabağ 1 060
Portuqaliyalını “Qarabağ” da istəyir, “Turan Tovuz” da

“Kayrat”ın portuqaliyalı hücumçusu Qabriel Jorjinyo karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Amanvibe” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı legionerin xidmətində “Qarabağ” və “Turan Tovuz” maraqlıdır.

Azərbaycan təmsilçilərinin hücumçunun transferi ilə bağlı ən fəal klublar olduğu bildirilir.

Jorjinyoya Yunanıstanın “OFI” və Kiprin “Pafos” klublarının da təklif göndərdiyi qeyd olunur. Portuqaliyalı futbolçunun gələcək karyerası ilə bağlı yekun qərar verilməyib.

Jorjinyo 2025-ci ilin yanvarında Lüksemburqun “Differdanj 03” klubundan “Kayrat”a keçib.

Hücumçu Almatı təmsilçisinin heyətində bütün turnirlərdə 65 oyuna çıxıb, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

O, “Kayrat”la Qazaxıstan Premyer Liqasının və ölkə Superkubokunun qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!