"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı - SON DƏQİQƏ

19 İyul 15:15 Qarabağ 4 657
"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı - SON DƏQİQƏ

Cebrail Makreçkisi "Qarabağ"a satan "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib.

Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib.

Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib.

Lakin, macarlar onlarla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olan afrikalını düşərgədə saxlamağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Nabi Keyta 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır.əsas heyətin dəyişilməz isminin transfer qiyməti 1,5 milyon avro olaraq göstərilir.

2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur.

Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.

"Qarabağ" bu yay 8 transfer əməliyyatı həyata keçirib.

Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib (“Omoniya Aradippou", Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas (“Pari Nijni Novqorod”, Rusiya), Bense Varkonyi (“Zalaeqerseq”, Macarıstan) və Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan) komandanın sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 20:00 Çək və bizə göndər!
19 İyul 19:00 Sevək, yoxsa sevinək?
19 İyul 08:00 Bazar gününün havası