Yığmamızın eks hücumçusu II Liqa təmsilçisində - 1 illik müqavilə

13:35 Bizimkilər 566
Yığmamızın eks hücumçusu II Liqa təmsilçisində - 1 illik müqavilə

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu “Aliağa” ilə anlaşıb.

Türkiyəli oyunçu II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Razılığa əsasən, klub futbolçunun performansından məmnun qalsa, müqavilə daha 1 il müddətinə uzanacaq.

Mustafa Yıldırım 2020-2022-ci illərdə U-21 millimizin heyətində 9 oyun keçirib, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti