“Şəfa” növbəti transferini gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi müdafiəçi Maudo Lamin Jarjueni heyətinə qatıb. Klub onunla ilə 2 illik müqavilə imzalayıb.
28 yaşlı qambiyalı futbolçu daha əvvəl Azərbaycanda “Səbail”in formasını geyinib.
Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyada - “Jil Visente”dəa başlayıb.
Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib. Maudo Jarju Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.

