“Zirə”nin Konfrans Liqasında yeni rəqibi bəlli oldu

17 İyul 01:10 Zirə 531
“Zirə”nin Konfrans Liqasında yeni rəqibi bəlli oldu

“Payde” Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olub.

Sportinfo.az xəbər verir ki, Estoniya təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda Litvadan “Hegelmann”ı Parnüdə keçirilən görüşdə 3:0 hesabı ilə məğlub edib.

İlk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından, iki oyunun nəticəsinə əsasən, “Payde” növbəti mərhələyə yüksəlib.

Beləliklə, II təsnifat mərhələsində “Zirə”nin rəqibi məhz Estoniya klubu olacaq.

Bakı təmsilçisi isə Gürcüstanın “Torpedo” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edərək ümumi hesabda 6:0 üstünlüklə növbəti mərhələyə adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!