Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atlacaq.
Sportinfo.az xəbər verir ki, artıq “Nefti” ilə “Zirə”nin potensial rəqibləri qruplara bölünüb.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi”nun mümkün rəqibləri:
“Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya);
“Pakş” (Macarıstan) – “Panatinaikos” (Yunanıstan);
“Luqano” (İsveçrə) – “Dukaqjini” (Kosovo);
AEK (Kipr) – “Beytar” (İsrail).
“Zirə”nin mümkün rəqibləri:
“Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya);
“Santa-Koloma” (Andorra) – “Rapid” (Avstriya);
“Rakuv” (Polşa) – “Valletta” (Malta);
“Riyeka” (Xorvatiya) – “Derri Siti” (Şimali İrlandiya);
“Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka).
Avropa Liqasının 2-ci mərhələsinin “Qarabağ” - SSKA (Bolqarıstan) cütünün məğlubunun mümkün rəqibləri:
FKSB (Rumıniya) – “Auda” (Latviya) cütünün qalibi;
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi;
“Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) duelinin məğlubu;
“Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu.

