«Şəfa» heyətini gücləndirməkdə davam edir.
Qarşısına Premyer Liqada qalmaq vəzifəsi qoyan paytaxt təmsilçisi bu istiqamətdə əməli addımlar atır.
Kristofer Momengi bu yolda «pğ-göylər»a kömək etməlidir. Elitanın köhnə-yeni iştirakçısı niderlandlıya təklif göndərib.
Hazırda 25 yaşlı legionerlə danışıqlar gedir. Yəqin ki, yaxın günlərdə onun keçidi rəsmiləşəcək.
Cinah müdafiəçisi ölkəsinin U-16, U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
Yerli «Utrext»in yetirməsi son olaraq Kosovoda «Priştina»nın şərəfini qoruyub. «Almere Siti»nin heyətində yer alıb.
«Şəfa» daha öncə 9 transfer həyata keçirib.
Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya) və Fərid Yusifli ("Turan Tovuz") kollektivə qoşulub.
SPORTİNFO.AZ

