“Real” da onun uğrunda mübarizəyə qoşuldu

1 Mart 2021 18:20 İspaniya 1 097
“Real” da onun uğrunda mübarizəyə qoşuldu

“Sassuolo”nun yarımmüdafiəçisi Manuel Lokatelli Avropanın nəhəng klublarından birinə keçə bilər.

Sportinfo.az xəbər verir ki, onunla “Mançester Siti” və “Yuventus” ciddi maraqlanırdı.

İndi isə məlumat yayılıb ki, futbolçu uğrunda mübarizəyə “Real” da qoşulub.

“Sassulo” 23 yaşlı futbolçuya görə 40 milyon avro qazanmaq istəyir. Onu almağa əsas namizəd “Yuventus” sayılırdı. Amma son məlumata görə, Turin nəhəngi ona görə 40 milyon avro ödəmək niyyətində deyil.

Lokatelli 2018-ci ildən “Sassuolo”da çıxış edir. O, cari mövsümdə 21 oyunda meydana çıxıb, 2 qol vurub, 2 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti