“Real” bu transfer səhvini düzəltmək istəyir

25 Yanvar 2021 21:40 İspaniya 636
“Real” bu transfer səhvini düzəltmək istəyir

“Real” Serxio Reqilonu “Tottenhem”ə satdığı üçün peşmandır.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi bu transfer səhvini düzəltmək niyyətindədir.

“Real” Serxionu 2020-ci ilin sentyabrında “Tottenhem”ə buraxmışdı.

İndi isə onu yayda almağı planlaşdırılar. Məsələ burasındadır ki, “kral klubu” onu satarkən müqaviləyə müdafiəçini 2 il müddətində almaq hüququnun olması barədə bənd saldırıb.

"Real” 24 yaşlı sol kənar müdafiəçisinə görə 45 milyon avro ödəməyə hazırdır. “Tottenhem” isə onun üçün 35 milyon avro ödəmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!