“Real”ın əfsanəvi hücumçusu koronavirusa yoluxdu

20 Yanvar 2021 15:40 İspaniya 386
“Real”ın əfsanəvi hücumçusu koronavirusa yoluxdu

İspaniya millisinin və “Real”ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, hazırda “kral klubu”nun ikinci komandası olan “Kastilya”nı çalışdıran veteran hücumçu karantinə alınıb.

44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.

1994-2010-cu illərdə “Real”ın formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti