Barselona”da hündürboylu futbolçuların azlığından şikayətləndi

19 Yanvar 2021 01:24 İspaniya 740
Barselona”da hündürboylu futbolçuların azlığından şikayətləndi

İspaniya superkubokunda “Atletik”ə məğlub olan “Barselona”nın baş məşqisi Ronald Kuman fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan niderlandlı mütəxəssis 2:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Qalib gəlmək üçün hər şey etdik, lakin çox yorğun idik. Bəzi futbolçular üçün bu finalda oynamaq böyük bir təcrübə oldu. Rəqibin keyfiyyətli futbolçuları var idi.

Necə cərimə qazanmaq lazım olduğunu və bundan istifadə etməyi yaxşı bilirlər. Bizim uzunboylu futbolçularımız azdır və rəqib ikinci qol zamanı bundan istifadə etdi.

Müdafiə xəttimizi lazımi səviyyədə tənzimləyə bilmədik. Hakim haqda danışmaq istəmirəm və onun idarəçiliyinə şərh verməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı