
"Qarabağ" 2024/2025 mövsümündə Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
İspaniya təmsilçisi "Real"ın turnirin qalibi olması Azərbaycan çempionunun işinə yarayıb.
"Köhlən atlar"la yanaşı, Macarıstandan "Ferentsvaroş" da bir mərhələdən azad olacaq.
Hər iki komanda səpələnməmişlər səpətində yer alacaq.
Bu raundun püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 23-24 iyulda, cavab qarşılaşmaları 30-31 iyulda gerçəkləşəcək.
Futbol eksperti Emin Abbasov bu yeniliklə bağlı maraqlı fikirlər səsləndirib.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Qarabağ”ın ötən illərdəki avrokubok macərasına nəzər salıb, Çempionlar Liqasının ilkin mərhələsindən azad olunmağın Qurban Qurbanovun komandasının işinə yarayıb-yaramayacağınzı zamanın öhdəsinə buraxıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: