“Xal itirməyimizin səbəbinin bu olduğunu demirəm, amma…” – Qvardiola

25 Oktyabr 2020 19:40 İngiltərə 461
“Xal itirməyimizin səbəbinin bu olduğunu demirəm, amma…” – Qvardiola

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Vest Hem”lə 1:1 hesablı heç-heçəyə razılaşan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis, heyətdəki itkilər və nəticə barədə danışıb:

“Oyuna yaxşı başladıq. Rəqib əldə etdiyi ilk fürsətdə qol vurdu. Biz isə yaratdığımız 3-4 şansı qola çevirə bilmədik. Qabriel Jesus və Kevin de Bruyne zədələndi,

Serxio Aquero dörd ay oynamadı, İlkay Gündoğan koronavirusa yoluxdu. Üç gündən bir oyun keçirmək üçün heyətdəki bütün futbolçulara ehtiyacınız var.

Xal itirməyimizin səbəbinin bu olduğunu demirəm, amma bu, reallıqdır. Uğurlu nəticələrin olmasını istəyərdik. Zədələr, haqsızlıq və çətin oyunlardan sonra artıq mübarizə zamanıdır. Futbolçularımız sağalır və növbəti oyunlara köklənirik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı