"Prezidentimiz hazırda yaxşıdır, heç bir narahatlığı yoxdur"

10 Yanvar 09:40 Sumqayıt 725
"Prezidentimiz hazırda yaxşıdır, heç bir narahatlığı yoxdur"

«Klubumuzun prezidentinin sağlıq durumu hazırda yaxşıdır, heç bir narahatlığı yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

O, Riad Rəfiyevin artıq Türkiyədə olduğunu, komandanın təlim-məşq toplanışını yaxından izlədiyini bildirib:

«Riad müəllimin soyuqdəyməsi var idi. Təzyiqi qalxıb-enirdi.

Bir müddət müalicə aldı, düzəldi. Daha sonra klubun Yeni il münasibətilə keçirdiyi tədbirdə də iştirak etdi.

Yanvarın 6-da komandayla Antalyaya gələ bilməməsi şəxsi işləri ilə əlaqədar idi. Prezidentimiz dünəndən buradadır».

Digər Xəbərlər
Xəbər Lenti