Premyer Liqa komandalarında koronavirusa 6 yoluxma halı qeydə alındı

19 May 22:40 İngiltərə 86
Premyer Liqa komandalarında koronavirusa 6 yoluxma halı qeydə alındı

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan testlərin nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 748 nəfərdən götürülən analizlərdən sonra 3 klubda virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Həmin şəxslərin adları açıqlanmayıb. Onlar 7 günlük karantində olacaqlar. İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?