"Mançester Yunayted"dən Dembele üçün 60 milyon

12 May 19:45 İngiltərə 108
"Mançester Yunayted"dən Dembele üçün 60 milyon

"Mançester Yunayted" "Lion"un futbolçusu Mussa Dembeleni transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun 23 yaşlı hücumçu üçün 60 milyon funt sterlinq ödəməyə hazır olduğu vurğulanıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer mövsüm ərzində skautlarını "Lion"un matçlarına oyunçunu izləmək üçün göndərib. Dembele bu mövsüm 42 matçda 22 qol vurub.

Xəbər Lenti
26 May 22:40 Qurbanov lazım deyil?