Premyer Liqa klubunun prezidenti stadion əməkdaşlarını evində işlədəcək

8 Aprel 2020 09:28 İngiltərə 397
Premyer Liqa klubunun prezidenti stadion əməkdaşlarını evində işlədəcək

"Tottenhem"in prezidenti Deniel Levi kluba məxsus stadionun əməkdaşlarını Londonətrafı evində işlətmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Levi fəhlələrə şəxsi qaydada ödəniş etməyə hazırlaşır. Onların klubdakı əmək haqları isə əvvəlki səviyyədə qalacaq.

Daha əvvəl "Tottenhem"in iş yerlərinin saxlanılması üzrə dövlət sistemindən işçilərin əmək haqlarının 80 faizini ödəmək üçün yararlanacağına dair xəbər yayılıb. Bu məbləğ vergi ödəyiciləri hesabına veriləcək.

Hazırda İngiltərə Premyer Liqası koronavirusun yayılması səbəbindən dayandırılıb. Bundan başqa, Belarus istisna olmaqla, Avropa ölkələrinin hamısında çempionat dayandırılıb. Eyni zamanda qitəmiqyaslı yarışlar da təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?