Azərbaycan çempionatında yenilik – Komandalar iki qrupa bölündü

29 Avqust 2023 03:00 Azərbaycan Futbolu 3 094
Azərbaycan çempionatında yenilik – Komandalar iki qrupa bölündü

AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü U-15 Liqasının və U-16 Liqasının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov və klub nümayəndələri iştirak edib.

U-15 Liqasında komandalar A və B qrupuna bölünəcək. B qrupunun oyunları Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq.

A qrupunda 15 komanda mübarizə aparacaq və oyunlar iki dövrədən ibarət olacaq. İlk yeddi yeri tutan komanda B qrupunun qalibi ilə final mərhələsində qarşılaşacaq.

U-16 Liqası da A və B qrupu olmaqla üç dövrədən ibarət olacaq. A qrupunda 13 komanda mübarizə aparacaq. A qrupunda üçüncü dövrə birinci dövrənin təkrarı olacaq.

A qrupunda ilk yeddi yeri tutan komanda Naxçıvan Muxtar Respublikası üzrə qalib gələcək komanda ilə final mərhələsində qarşılaşacaq.

Hər iki liqanın birinci turunun oyunları 2-3 sentyabr tarixlərində keçiriləcək.

Xəbər Lenti