Premyer Liqa ilə bağlı yeni qərar - RƏSMİ

3 Aprel 2020 22:40 İngiltərə 687
Premyer Liqa ilə bağlı yeni qərar - RƏSMİ

Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasındakı fasilənin müddəti uzadılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı xəbər yayıb.

Xəbərdə mövsümün mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığlıdı.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şərait yarandıqdan sonra bərpa olunacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcək.

İngiltərə Premyer Liqası martın 13-də dayandırılıb. Daha öncəki qərarda çempionatın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu